Şuşada Azərbaycan Könüllü Təşkilatları İttifaqının II Hesabat-Seçki Konfransı keçirildi
Şuşada Azərbaycan Könüllü Təşkilatları İttifaqının II Hesabat-Seçki Konfransı baş tutub.
Konfransda Azərbaycan Könüllü Təşkilatları İttifaqının ötən ilə aid fəaliyyətinin təqdimat videosu nümayiş olunub. Təqdimat videosunda həmin il ərzində həyata keçirilən tədbir və layihələr, könüllülər tərəfindən görülən işlərlə bağlı bir sıra statistik göstəricilər haqqında konfrans iştirakçıları ətraflı məlumatlandırılıb.
Daha sonra keçirilən səsvermə ilə AKTİ-nin sədri müəyyən olunub. Səsvermənin nəticələrinə uyğun olaraq Yusif Vəliyev sədr seçilib.
Konfrans, gələcəkdə nəzərdə tutulan fəaliyyətlərin icrası ilə bağlı strateji planlamanın müzakirəsi ilə yekunlaşıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu