Bizi kimlər zəhərləyir? - Təhlükəli günlərə az qaldı

# 10:55
22 dekabr 2021

Hər “Yeni il” ərəfəsi dünyada zəhərlənən insanların sayında kəskin artım müşahidə olunur. Zəhərlənmə halların artmasında isə əsas rolu konsevrləşdirilmiş qidalar oynayır.

Eyni halla Azərbaycanda da tez-tez rastlaşırıq.

 

Tək bayram ərəfəsi deyil, istənilən vaxt ən yaxın marketlərdə konservləşdirilmiş məhsulları rahatlıqla əldə etmək mümkündür. Demək olar ki, bütün növ məhsulların konservləşdirilmiş formasına rast gəlirik. Bu qidalardan  çox zaman sırf işimizi rahatlaşdırmaq məqsədi ilə  istifadə edirik. Ancaq təəssüflər olsun ki, konservləşdirilmiş qidalara üz tutarkən nə sağlamlığımızı, nə də təhlükəsizliyimizi düşünürük.

 

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, ölkənin baş toksikoloqu Azər Maqsudov bildirir ki, təkcə noyabr ayında qida zəhərlənməsi halları ilə bağlı 30-a yaxın müraciət daxil olub: “Əsasən evdə konservləşdirilmiş qidalardan istifadə edirlər və ya qida məhsulu tərəvəz kimi. Ən çox balıq və ət məhsullarından olur. Balıq konservlərindən tez-tez narazılıq olur. Xüsusən  hisə verilmiş balıqlardan”.

 

Dietoloq Ləman Süleymanova isə deyir ki, hər qida öz mövsümündə yeyilsə, zəhərlənmə də baş verməz: “Pəhriz menyularında adətən konservləşdirilmiş qidalardan istifadə olunur.Düzdür onlar uzun müddət saxlanması üçün konservləşdirilir amma onların tərkibində insan orqanizminə vacib olan müəyyən maddələrin keyfiyyəti aşağı olur.Ona görə də biz həmin qidalardan makro və mikro elementləri ala bilmirik.Məsələn qurudulmuş ətdə protein aşağı olur ” .

 

Bəs zəhərlənmə hallarının baş verməməsi üçün konservləşdirilmiş qidalardan istifadə edərkən nələrə diqqət etmək lazımdır?

 

Azərbaycan Qida Təhlükəsziliyi Agentliyinin sektor müdiri Cavidan Quliyevin sözlərinə görə, konservləşdirilmiş qida məhsullarında zəhərlənmə halları iki yolla baş verir: “Mikrobioloji və kimyəvi zəhərlənmə ilə. Zəhərlənmə halları sanitar gigiyena qaydalarına riayət etmədikdə və texniki sənəd tələb olunmadıqda baş verir. Yəni konservləşdirilmiş məhsullar tam yetişmiş olmalıdır üzərində hər hansı zədə olmamalıdır. Məhsullar düzgün yuyulduqdan sonra konservləşdirilmə prosesi həyata keçirilməlidir ”.

 

Bəs konservləşdirilmiş qidalarda  diqqət etməli olduğumuz məqam hansılardır?

 

Cavidan Quliyev bildirir ki, konservləşdirilmiş qablar steril olmalı və 100 – 120 °  temperaturda qaynadılmalıdır. Eyni zamanda, istifadə olunan qapaqlar da birdəfəlik istifadə üçün nəzərdə tutulub. Saxlanılma müddəti isə 1 ildən artıq olmamalıdır. Mütəxəssis onu da bildirdi ki, konserv qabının şişməsi və deformasiyaya uğraması da tərkibində təhlükəli mikrobların olduğunu göstərir.

 

 

 

 

Nərmin Murad,

Ceyhun Mustafayev,

Fariz Quliyev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR