Şuşada məşhurlaşan gənc ifaçı ilə söhbət

# 12:46
22 sentyabr 2021

Gecə saatları... Şuşanın sakit küçələrini onun səsi daha da əvəzedilməz edir. Adı Mütəllimdir. Bura işləməyə gəlib. Şuşada çay bağında rastlaşdıq onunla. Müsahibə götürəcəyimiz eşidib sevindi.

 

“Mütəllim əslən Ağdamdandı. Oğuzda məskunlaşıb. Ağdamı görməyib. Valideynləri ilə birgə Oğuzda məskunlaşıb. Şuşaya fəhlə işləyir. “Azərişıq” ASC-nin işçisi olduğundan artıq 8 gündür burdadır. Amma Şuşaya ayaq basanda eşitdik ki, onu burda xoş avazına, məlahətli ifalarına görə hamı tanıyır”.

 

İfaçı Mütəllim Məmmədov deyir ki, iş üçün müraciət etdim. Sağ olsunlar. İşlə təmin etdilər: “Gəldim buranın təbiətini görəndə gözlərimə inanmadım. Əslən Qarabağlı olsam da, axı mənim 25 yaşım var. Buranın gözəlliyi, təbiəti adamı valeh edir Sevinc xanım.

 

Deyirlər yaxşı səsim var. Ağdamlıyam, avazım hər kəsə xoş gəlir. Əslində uşaqlıqda muğamlarımızı, xalq mahnılarımızı ifa edirəm. Amma musiqi təhsilim yoxdur. Maddi durumum yaxşı olmadığından mən ali təhsil ala bilməmişəm. Elə həvəskar kimi oxuyuram. Çox istəyərdim ki, inşallah yaxşı musiqi təhsili alım. İş saatımız bitəndə, boş vaxt tapan kimi oxuyuram. Ona görə də, artıq burda tamaşaçılarım var və məni tanıyırlar. Burda boş vaxt olan kimi, dostlarımı yığıb başıma oxuyuram. Səsimi harada eşitsələr gəlirlər. Məni sizinlə tanış edən, hərbçi və polis dostlarıma da təşəkkür edirəm. Mənə çox xoş oldu APA TV-yə müsahibə vermək.

 

İnşallah düşünürəm ki, gələcəkdə musiqi təhsili alım, maddi durumum düzələndən sonra mütləq ali təhsil dalınca gedəcəm. İndi ailəmə kömək edirəm. Əsas odur ki, onlara yardımçı olmağı bacarım”.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR