Şuşada yük maşını aşdı, ölən var
Şuşada ölümlə nəticələnən hadisə baş verib.
Hadisə Şuşa rayonunun Daşaltı kəndi ərazisində qeydə alınıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb.
Nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib.
Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu