“Taksidə qiymətlər birmənalı olaraq qalxacaq”
APA-nın əldə etdiyi məlumta görə,bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Nazir bildirib ki, dünyanın heç bir yerində bu qədər ucuz taksi xidməti yoxdur: “Təxminən ilin sonuna qədər ictimai nəqliyyat üçün 60-a yaxın qısa zolağın çəkilməsi və istifadəsinin təmin edilməsini hədəfləyirik. Polis əməkdaşları ictimai nəqliyyat üçün zolaqlarda adi maşınların hərəkət etməsinə pik saatlarda icazə verir. Amma buna yol verilməyəcək və vətəndaş özü də başa düşəcək ki, avtobuslardan istifadə etməklə A nöqtəsindən B nöqtəsinə daha tez gedə bilər”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu