Talış kəndində möhtəşəm Novruz şənliyi

# 17:39
20 mart 2023

Tərtərin Talış kəndində 30 ildən sonra ilk dəfə bayram şənliyi keçirilir.

Talışın mərkəzi meydanında təşkil olunan şənlikdə qız-gəlinlər sac asıb yuxa, kətə bişirib, Novruzun simvolu sayılan qorğa qovurub.

Həmçinin kəndə yeni köçən ailələr üçün təşkil olunan şənlikdə milli oyunlar, folklor nümunələri sərgilənir.

Kəndirbazlar ip üzərində oynayıb, pəhləvanlar qurşaq tutub. Yerli incəsənət adamları müxtəlif musiqi nümunələri ifa edir.

Tədbir iştirakçıları Qarabağ atlarının da keçidinə tamaşa edib. Bundan başqa tamaşalar da nümayiş edilib. Tədbirin gecə saatlarınadək davam etməsi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR