Tanınmış iş adamına cinayət işi açıldı, axtarışa verildi
İş adamı Şərif Salmanova cinayət işi açılıb.
“Qafqazinfo”nun məlumatına görə, xaricdə təhsil şirkətlərinin rəhbəri kimi tanınan Ş.Salmanova Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq-külli miqdarda ziyan vurmaqla), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312.2-ci (Rüşvət vermə) maddələri ilə ittiham elan edilib. Onun barəsində çoxsaylı vətəndaş şikayətlərinin olduğu bildirilir.
Ş.Salmanov istintaqdan yayındığı üçün onun barəsində axtarış da elan edilib.
Qeyd edək ki, “İTCC” və “Bakı Training mərkəzi”nin rəhbəri olan Ş.Salmanov tez-tez televiziya proqramlarına ekspert kimi də dəvət edilib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib