Tanınmış telejurnalist YAP-dakı vəzifəsindən ayrılıb

# 11:29
8 iyul 2022

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev vəzifəsindən ayrılıb.

 

APA-nın xəbərinə görə, Elməddin Quliyev bu barədə “Facebook” sosial şəbəkəsindəki profilində paylaşım edib.

 

Elməddin Quliyev bildirib ki, bu gündən səhhətində yaranan müvəqqəti narahatlıqlarla əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatındakı işindən ayrılıb: “Hazırda lazımi prosedurlar qəbul edirəm. Ötən müddət ərzində səlahiyyətim daxilində KİV və İctimaiyyət nümayəndələri ilə səmərəli və işgüzar fəaliyyət göstərməyə çalışdım”, - deyə o bildirib.

 

Qeyd edək ki, telejurnalist Elməddin Quliyev ötən ilin mayından Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2022-ci il yanvarından İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR