Təbrizdə daha bir azərbaycanlı vəkil həbs olundu
Təbrizdə vəkil və hüquqşünas Qasım Bodini İranın təhlükəsizlik orqanları həbs edib.
Lent.az "Mouze" teleqramına istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Məhkəmə Hüquqşünasları Assosiasiyası məlumat yayıb.
Məsələ ilə bağlı sözügedən assosiasiya Şərqi Azərbaycan əyalətinin Məhkəmə Sisteminə müraciət edib və “Vəkillərin yeri zindan deyil” həştəqi ilə “tvitter”də kampaniya başladıb.
Müraciətdə rejimin Məhkəmə Hakimiyyəti rəhbərlərindən həbs edilən azərbaycanlı vəkilin tezliklə azadlığa buraxılması tələb edilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu