Təcili yardım əməkdaşı maşını işıq dirəyinə çırpdı
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Hərəkətdə olan "Mersedec" markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü 1990-cı il təvəllüdlü Anar Quliyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, xəsarət alan şəxs Tovuz rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu