Təhlükəsizlik qaydalarını pozan 4 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olundu

# 15:23
19 aprel 2021

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə reydləri davam etdirirlər.

 

APA TV-nin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Suraxanı rayonunun Hövsan və Xəzər rayonunun Türkan qəsəbələrinin Xəzər dənizi ərazisində təşkil edilmiş reyd zamanı 15 asma mühərrikli qayıq saxlanılaraq onların texniki və qeydiyyat sənədləri, sürücülük vəsiqələri, təchizat və xilasetmə vasitələri yoxlanılıb.

 

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq bəndlərini pozan 4 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.

 

Eyni zamanda, gəmi istifadəçiləri ilə maarifləndirici söhbətlər də aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR