Təhsil Nazirliyi: Düşmən təcavüzü nəticəsində 37 məktəb dağılıb, 3 məktəbli həlak olub
Təhsil Nazirliyi düşmən təcavüzü nəticəsində dağıntılara məruz qalan təhsil müəssisələrinin siyahısını açıqlayıb.
Nazirlikdən APA TV-yə verilən məlumata görə, dağıntılara məruz qalan məktəblərin siyahısı aşağıdakı kimidir:
Tərtər – 12 məktəb
Ağdam – 11 məktəb
Gəncə - 5 məktəb
Füzuli – 4 məktəb
Goranboy – 3 məktəb
Bərdə - 1 məktəb
Ağcabədi – 1 məktəb
Qeyd edək ki, düşmən təcavüzü nəticəsində 3 məktəbli həlak olub. Həlak olan məktəblilər Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin IX sinif şagirdi Fidan Qurbanova, Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və Ağcabədi rayonu, Taynaq kənd orta məktəbinin IX sinif şagirdi Fərid İsgəndərovdur.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik