Tələbə videolarda bülbül kimi ötür amma heçnə bilmir

# 17:15
29 fevral 2024

 

Azərbaycanda bəzi dil və kompüter kursları pul tələsinə çevrilib. Bu fikir ən çox sosial şəbəkələrdə yayılıb. Amma bəzi ekspertlər də bunu real hesab edirlər. Təsəvvür edin ki, hansısa xarici dil, yaxud kompüter proqramlarını “3 ay ərzində öyrədəcəyik” deyib insanları kurslara cəlb edirlər, iki dəfə artıq pul və vaxt sərf olunsa da, əvvəldə verilən vəd özünü doğrultmur. Yəni vətəndaşın pulu da, vaxtı da hədər yerə gedir. Əlbəttə ki, bu zaman kəsiyində qazanılan fundamental kiçik bilik və tanışlıqlar istisnası ilə... Mövzu ilə bağlı təhsil ekspertləri ilə də həmsöhbət olduq. Onlar kurslardakı ən böyük yanlışlığı tədris proqramı və müddətində görürlər. Bəzən kiminsə xarici dildə yaxşı danışması hələ onun biliklərinin qaydasında olması demək deyil. Firəngiz İbrahimovanın sözlərinə görə, mükəmməl ingiliscə qiraətli tələbələrin test imtahanları sıfır nəticəli olub. Odur ki, əzbərçi videolarına aldanmaq olmaz. Bəzən xarici dilə daha tez və yaxşı yiyələnmək istəyənlər əcnəbi müəllimlərə müraciət edirlər. Lakin bu hamı üçün yararlı üsul sayılmır. Ümumuiyyətlə, təhsil ekspertlərin ortaq mövqeyi ondan ibarətdir ki, kurslarda tələbələrlə yanaşı, pedaqoqların da bilik səviyyəsi yoxlanmalıdır. Səviyyə imtahanlarından sonra isə sınaq müddəti verilir. Sonda qeyd edək ki, hər bir ölkənin mənsub olduğu dil qrupuna yaxın dilləri öyrənmək asan və qısamüddətli ola bilər. Amma fərqli söz lüğəti və qramatikası olan xarici dilləri ilkin və normal baza olmadan öyrənmək 3 ayın işi deyil.

SÜNBÜL HÜSEYNOVA HƏZRƏT BAYRAMLI TURAL ƏLİZADƏ APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR