Təmir üçün gətirilən maşınlar sexlə birlikdə yandı

# 15:07
10 noyabr 2021

Lənkəranda yanğın hadisəsi olub.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə Gərmətük qəsəbəsində baş verib. Təranə Cəfərovaya məxsus ümumi sahəsi 350 kvadratmetr olan təmir sexində yanğın qeydə alınıb. Hadisə zamanı sexdə təmirdə olan “VAZ 2106” və “Mercedes” markalı avtomobillər də yanıb. Əraziyə 3 yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib. Sexin 70 kvadratmetri əşyalarla birlikdə yanıb, qalan sahə yanğından mühafizə olunub. 

Zərərçəkən Ramiq Əmirov çarəsiz qaldığını deyir: “Təmirə gətirmişdim 3 gün əvvəl, dünən axşam zəng elədilər hadisə verib”.

Digər zərərçəkən Elçin İbrahimov isə başına gələnləri belə anladır: “Maşını gətirmişdik təmirə, xoddanmadı, gətirdim qoydum bura. Üstündən 3 saat keçdi zəng elədilər ki, maşının yanıb. Mən də gəldim gördüm ki, vəziyyət belədir”. 

Faktla bağlı araşdırma aparılır.

 

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR