Təqaüdə yola salınan müəllimin bu görüntüləri HAMINI KÖVRƏLTDİ

# 19:35
11 fevral 2022

Şagirdlər müəllimə sarılır, onu göz yaşları ilə yola salırlar. Gəncə şəhəri 7 nömrəli tam orta məktəbdə şagirdlər tərəfindən lentə alınan bu görüntülər ötən gün sosial şəbəkədə yayılar-yayılmaz hər kəs tərəfindən böyük rəğbətlə qarşılandı.

Ömrünün 31 ilini müəllimlik peşəsinə həsr edən Oktay Abdinov böyük sevgi ilə təqaüdə göndərildi. Əslində bu görüntülər son dövrlər təhsillə bağlı yayılan neqativ videoların fonunda müqəddəs müəllim adının hələ də əziz tutulmasının bir nümunəsidir. Təqaüdə çıxan Oktay müəllim orta məktəbdə Azərbaycan tarixi, ümumi tarix və zəfər tarixi dərslərini tədris edib. Qocaman müəllim deyir ki, məktəbdən ayrılmaq, şagirdlərlə vidalaşmaq çətin olub.

Oktay Abdinov müəllim kimi işlədiyi dövrdə elmin sirlərini yüzlərlə şagirdinə aşılayıb. Nümunəvi pedaqoq kimi bir çox mükafatlara, fəxri fərmanlara layiq görülüb.

Xalidə müəllimədə Oktay Abdinovla 31 ildir ki, çiyin-çiyinə çalışır. Müsahibimiz deyir ki, Oktay Abidinov həm gözəl insan, həm də nümunəvi müəllim olub:

Müəllim yoldaşları kimi şagirdləri də qocaman müəllimdən razıdırlar.

Qeyd edək ki, Oktay Abdinov 1957-ci ildə Gəncə şəhərində anadan olub. 1987-ci ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1991-ci ildən 2022-ci ilin fevralın 10-dək 7 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi işləyib.

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV Gəncə

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR