Tərtər rayonunda mediatur keçirilib

# 20:35
3 noyabr 2021

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Tərtər rayonunda mediatur keçirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə,  Rayonda 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü”  keçirilib və Tərtər rayonu Şıxarx kənd 1 nömrəli modul tipli tam orta məktəbin açılışı olub.

 

“Bayraq yürüşü”nə   Tərtər şəhər mərkəzindən start verilib.  Yürüşdə ictimaiyyət nümayəndələri, təhsil işçiləri, şagirdlər,  media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak edib. 3 kilometrə qədər davam edən yürüş Bayraq Meydanında başa çatıb.

 

Təhsil nazirinin müşaviri Elnur Əliyev bildirib ki, qürurlu bir tarixin üstündən bir il keçəndən sonra Tərtər rayonunda bayraq yürüşü etmək çox xoşdur:“Bilirsiniz ki, Tərtər rayonu müharibə dövründə çox əziyyət çəkmiş rayondur. Cəbhə bölgəsinə yaxın ərazi olaraq, xüsusilə təhsil icması kifayət qədər əziyyət çəkib bu bölgədə. Belə ki, qısa müharibə ərzində bu bölgədə  16 məktəb dağıdılıb və bu baxımdan burdakı yürüşümüz, təhsil icması ilə birlikdə olan yürüşümüz həm Tərtər təhsilinə dəstək, həm də xoş bir tarixi xatırlamaq baxımından bizi bir daha sevindirir.”  

 

Tədbir iştirakçıları daha sonra rayonun Şıxarx qəsəbəsində tikilən yeni məktəb binasının açılışında iştirak ediblər. Tərtər rayonu Şıxarx kənd 1 nömrəli modul tipli tam orta məktəbin direktoru Ramin Ağayev bildirib ki, məktəb bütün lazımi avadanlıqlarla təmin olunub:“Sentyabr ayının 27-də başlanan vətən müharibəsi nəticəsində məktəbin həyətinə ondan artıq mərmi düşüb. Xoşbəxtlikdən həmin zaman məktəbdə dərs olmadığı üçün, şagird və müəllim baxımından xəsarət alan olmamışdı. Və cənab prezidentin müvafiq sərəncamına uyğun olaraq 350 min manat pul ayrılmış və yeni 80 yerlik 12 sinif otağından ibarət modul tipli məktəb tikilmiş, məktəb bütün avadanlıqlarla təmin olunmuşdur.”

 

Həmçinin Tərtər rayonu üzrə 44 günlük vətən müharibəsində döyüşən təhsil işçiləri ilə görüşü keçirilib. Məktəbin həyətində “Zəfər Günü”nə həsr edilmiş aksiya çərçivəsində ağac əkilib.

 

 

Elgün Gəncimsoy, Arzu Quliyev APA TV – Tərtər

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR