Tərtərdə minaya düşən gəncin ayağı amputasiya olundu – APA TV
Tərtər rayon sakini minaya düşüb. Hadisə Tərtər rayonun Qızıloba kəndi ərazisində qeydə alınıb. Rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otaran zaman piyada əleyhinə minaya düşüb. O, ayağından xəsarət alıb. Partlayışından zərərçəkən şəxs polis əməkdaşları tərəfindən xəstəxanaya təxliyyə edilib. Bərdə rayon mərkəzi xəstəxanasına gətirilən şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu