Təsərrüfatla məşğul olan kənd sakini minaya düşdü
Fevralın 25-də saat 14 radələrində Cəbrayıl rayon sakini 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon prokurorluğuna məlumat daxil olub.
Cəbrayıl rayon prokurorluğundan APA TV-yə verilən məlumata görə, araşdırmalarla Güloğlan Mirzəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü