Təyyarə avtomobillə toqquşdu - YARALANAN VAR
Moskvanın “Şeremetyovo” hava limanında sərnişin təyyarəsi ilə texniki avtomobil toqquşub.
APA TV “TASS”a istinadən xəbər verir ki, hadisə “Boeing 777” tipli sərnişin təyyarəsinin uçuş-enmə zolağına tərəf getdiyi zaman baş verib.
İnsident nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Təyyarədə isə yaralanan olmayıb.
Kankun şəhərinə uçmalı olan təyyarə uçuşun həyata keçirilməsi üçün başqası ilə əvəz olunub. Hazırda faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu