Tovuzda gənclər arasında mübahisə bıçaqlanma ilə nəticələndi
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kirən kəndində qeydə alınıb.
Kənd sakini, 1999-cu il təvəllüdlü Elnur İsayev həmyerlisi 2002-ci il təvəllüdlü Nural İbrahimov ilə mübahisə edib. Bu zaman Nural İbrahimov Elnur İsayevi kürək nahiyəsinə və qoluna bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. 21 yaşlı gəncin yaraları tikilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Cinayəti törədən 18 yaşlı Nural İbrahimov polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi