Tovuzda mikroavtobusla "VAZ-2106" toqquşdu – APA TV
Tovuzda 2-si az yaşlı olmaqla 5 nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Olay rayonun Abulbəyli kəndində qeydə alınıb. Hərəkətdə olan "Mersedes Vito" markalı mikroavtobusla "VAZ-2106" toqquşub. Zərbənin təsirindən mikroavtobus yoldan çıxaraq yüksək gərginlikli elektrik xəttinə çırpılıb, nəticədə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Qəza zamanı 5 nəfər – 31 yaşlı Rafiq Məmmədov, 32 yaşlı Günel Məmmədova, 31 yaşlı Xəyalə Əliyeva, 6 yaşlı Fatimə Məmmədova və 7 yaşlı Mələk Məmmədova müxtəlif bədən xəsarətləri alıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi