Bank Of Baku

Tovuzda silahlı insident – YARALANAN VAR

# 17:12
17 fevral 2021

Tovuz rayonunda silahlı insident baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şamlıq kəndində (Qəribli nümayəndəliyi) qeydə alınıb.

 

Belə ki, 1992-ci il təvəllüdlü Kamal Quliyev güllə yarası ilə xəstəxanaya yerləşdirilib və dərhal cərrahi əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Araşdırma zamanı məlum olub ki, Kamal Quliyev ehtiyatsızlıqdan ov tüfəngindən açılan atəş nəticəsində güllə yarası alıb. Hadisəni törədən şəxs, 1995-ci il təvəllüdlü Murad Muradov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR