Türkiyədə dəhşətli yol qəzası - ÖLƏN VƏ YARALANANLAR VAR

# 15:46
20 avqust 2022

 

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu ilə təcili yardımın toqquşması nəticəsində ağır qəza baş verib. APA TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, qəzada 15 nəfər həyatını itirib, 22 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda polis və tibb qrupu cəlb edilib. Qaziantep valisi Davud Gül hadisə ilə bağlı açıqlamasında “Hazırda Nizipdən təxminən 10 kilometr aralıda magistral yoldayıq. Avtobus səhər saat 10:45 radələrində qəzaya uğrayıb. Yanğınsöndürənlər, tibb işçiləri və digər iş yoldaşları müdaxilə edərkən, 200 metr arxada başqa bir avtobus qəza etdi. Bu da sürüşərək bizim qruplara və yaralılara çırpılıb. İlk təyinatlara görə 3-ü yanğınsöndürən, 2-si səhiyyə işçisi, 2-si jurnalist olmaqla 15 vətəndaşımız dünyasını dəyişib. Hazırda müdaxilələr davam edir” deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR