Türkiyədə fəlakət – BÜTÖV BİR KƏND YANIR
Bu gün Türkiyənin Artvin vilayətinin Yusifeli rayonunun Dərəiçi kəndində bir evdə başlayan yanğın küləyin təsiri ilə ətrafdakı digər evlərə də keçib.
APA TV-nin “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, kəndin muxtarı Səbri Duman fəlakətlə üzləşdiklərini, hazırda 170 evin olduğu kənddə 50-yə yaxın evin yandığını bildirib.
Türkiyə daxili işlər nazirinin müavini İsmail Çataklı yanğının kəndin böyük bir hissəsini təhdid etdiyini açıqlayıb.
Yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.
Eyni zamanda yanğının söndürülməsi üçün bir vertolyot də istənilib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri