Türkiyədə müalicə alan daha bir qazimiz vətənə qayıtdı
“YAŞAT” fondu tərəfindən Türkiyəyə göndərilən və burada müalicə alan daha bir vətən müharibəsi qazisi vətənə qayıdıb. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Tovuz rayonunun Dondar Quşçu kəndindən olan 44 günlük vətən müharibəsi iştirakçısı 28 yaşlı Xüsusi Təyinatlı Qüvvələrin giziri Məmmədov Şəmsi Lətif oğlu şəhərin girişində böyük sevgi ilə qarşılanıb. Qeyd edək ki, Şəmsi Məmmədov Şuşa istiqamətində gedən döyüşlərdə oktyabrın 24 də ağır yaralanıb. Qazi gizir Şəmsi Məmmədov aprel döyüşlərində və vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib. Qazimiz “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”medalları, “Vətən uğrunda”, “Şücaətə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
DİGƏR XƏBƏRLƏR
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib
Fərid Şəfiyev Orta Dəhlizlə bağlı vacib məqamları açıqladı
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak etdi