Türkiyəli səyahətçilər Laçına səfər edib

# 22:46
30 oktyabr 2022

Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik üzvü Laçına şəhərinə səfər edib.

APA TV-nin Laçına ezam olunmuş müxbirinin xəbərində görə, səyyahlar Laçınla yaxından tanış olublar.

Qonaqlara şəhər haqqında ətraflı məlumat verilib. Bildirilib ki Laçın şəhəri gözəl füsunkar təbiətə malikdir, düşmən 30 il ərazində buranı talan edib. Səyyahlar Laçın şəhərində erməni vəhşiliyini öz gözləri ilə görüblər.

 

“Başqasını torpağını əvvəlcə işğal edib, sonra da qorxub qaçarkən, hər yeri yandırıb, məhv edib gediblər. Burada bir insanlıq dramı gördük. Biz bura 3 bacı gəlmişik. Gördüklərimizə çox üzüldük. Ağdam kimi böyük bir şəhərin yıxılması, bizi çox pərişan etdi. Bunu bütün dünyanın duyması lazım.

Biz bura öz doğma yurdumuz kimi gəlmişik. Buradan çoxlu fotolar çəkmişəm, bu vəhşiliklər bir daha heç kimin başına gəlməsin deyə gördüklərimi hər yerdə söyləyəcəm, yayacam”.

 

“Biz Cümhuriyyət bayramını Qarabağda qeyd etmək istədik. Bir millət iki dövlət düşüncəsi ilə Qarabağın azadlığını görmək, bu duyğuları məhz burada yaşamaq gözəldir. Azad edilən Qarabağda olduğuma görə çox xoşbəxtəm. Sizlərlə qürur duyuram. Türkiyə demək Azərbaycan deməkdir. Biz Türk dövləti olaraq ermənilərdən çox çəkmişik, həmişə də sonda qalib biz olmuşuq. Neçə gündür Qarabağda gördüyüm erməni vəhşiliyi məni çox üzdü. Amma onlar anlamalıdır ki, türk həmişə qalib olmağı bacaracaq. Qarabağda gördüyüm quruculuq işləri məni çox sevindirdi.

Allah şəhidlərimizə rəhmət eləsin”.

 

“Dörd ay əvvəl də mən bura gəlmişdim. O zaman təhlükəsizlik xidməti ilə biz buradan yalnız keçib gedə bildik. Laçını tərk edilmiş, boş gördük. Yol kənarlarında ermənicə lövhələr vardı. Bizə nə dayanmağa, nə də ki, foto çəkməyə icazə vermədilər. Dörd ay sonra geri döndüm və çox sevinirəm ki, azad edildikdən sonra Laçına ilk gələn səyahətçilər biz olduq. Burada gördüyümüz erməni vəhşiliyini bütün dünyada anladacam.

Laçında gedən quruculuq işləri məni çox sevindirir. İki ay içində görülən bu qədər böyük işlər məni heyrətləndirdi. İnanıram ki, tezliklə burada yaşayış başlayacaq”.

 

Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomanmania) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfərdə olublar. Hazırda sayca beşini olan bu səfərlərdə, (2021-ci ildə bu qəbildən olan 1, 2022-ci ildə 4 səfər təşkil edilib) ümumilikdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub.

Xatırladaq ki, ötən gündən etibarən Türkiyə Gəzginlər Klubunun 30 nəfərlik səyahətçilər heyəti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Heyətə Klubun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir. Beynəlxalq səyahətçilər 3 gün ərzində avtomobil yolu ilə Bakı-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl (Xudafərin) -Bakı marşrutu üzrə hərəkət edəcəklər. Sonda Türkiyə Gəzginlər Klubunun səyahətçilərinin Bakıda təəssüratlarına dair brifinq keçirməyi planlaşdırır.

Ötən gün Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik üzvü Şuşa və Ağdamdan olublar. Sabah isə Zəngilan - Ağalı kəndidə olacaqlar.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR