Türkiyənin tanınmış pilotları Bakı səmasında
Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalı ilə bağlı uçuş məşqləri başlayıb.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib. Bununla bağlı "Türk yıldızları" Bakı səmasında uçuşlar edir.
Qeyd edək ki, Türkiyə Teknoloji Takımı Vakfı, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26 – 29 mayda Bakıda ilk dəfə olaraq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu