“Twitter”in yeni sahibindən qərar: Bu şəxslər PUL ÖDƏMƏLİ OLACAQ
İlon Mask bəzi “Twitter” hesablarına ödəniş tətbiq etməyi planlaşdırır.
APA TV Lent.az-a istinadən xəbər verir ki, yeni qərar mavi təsdiq nişanı alan istifadəçilərə aiddir. Onlar təsdiq nişanını profillərində saxlamaq üçün əlavə ödəniş edəcəklər.
Məlumata görə, bu tətbiqin “Twitter Blue” funksiyasının “premium” abunəliyinin bir hissəsi olacaq. “Twitter Blue”a qoşulmaq üçün istifadəçilərə 90 gün veriləcək. Əgər bu vaxt ərzində abunəliklərini yeniləməsələr onlar mavi təsdiq nişanını itirəcəklər.
Qeyd edək ki, əvvəllər bu xidmətin aylıq qiyməti 4.99 dollar idi. Hazırda isə onun qiymətinin 19.99 dollara qədər yüksələcəyi bildirilir.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək