Üç evdən oğurluq etdi, dördüncüdə bəxti gətirmədi

# 13:24
7 yanvar 2022

Masallıda yaşayış evlərindən oğurluq edən şəxs saxlanılıb. 


APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bədəlan kəndində, evlərdən birindən 1800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Hafis Paşayev yaxalanıb. 


Aparılan əlavə əməliyyat tədbirləri ilə onun digər oğurluq əməllərinin də üstü açılıb. Belə ki, Hafis Paşayevin müxtəlif vaxtlarda daha 3 yaşayış evindən məişət əşyaları oğurladığı müəyyən edilib. Oğurlanan əşyaların bir qismi onun gizlətdiyi yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı araşdırma aparılır.


Tural Kərimov
Rövşən Əzimov
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR