Üç rayonda silsilə oğurluqlar edən dəstə ələ keçdi
Hacıqabulda 3 rayonda silsilə oğurluq edən qohumlar saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən 4 fərdi təsərrüfatdan xırda buynuzlu heyvanları oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vuran 4 nəfərdən ibarət dəstə üzvləri saxlanılıb. Araşdırmalarla onların Bərdə rayon sakinləri, 1986-ci il təvəllüdlü Vəliyev Etibar İsbəndiyar oğlu, onun qardaşı oğlu 1998-ci il təvəllüdlü Vəliyev Tahmasib Baylar oğlu, bacısı oğlu 1994-cü il təvəllüdlü Quliyev Hüseyn İlham oğlu və sürücü olan həmyerlisi 2002-ci il təvəllüdlü Əliyev Elşad Kamil oğlu olduqları müəyyən edilib. Həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların daha iki rayon ərazisində - Kürdəmir və Bərdə rayonlarında ümumilikdə 4 təsərrüfatdan iri və xırda buynuzlu heyvanları oğurlayaraq dəyərindən ucuz qiymətə satdıqları və zərərçəkmişlərə maddi ziyan vurduqları müəyyən edilib. Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluqları etiraf ediblər.
Faktla bağlı Hacıqabul RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi