Ucar sakininin tövləsi yandı, beş baş heyvan tələf oldu
Ucarda yanğın baş verib.
Hadisə bu gün rayonun Müsüslü kəndində qeydə alınıb. Kənd sakini, 1973-cü il təvəllüdlü Elşad İsrafil oğlu Cəbrayılova məxsus ümumi sahəsi 100 kvadratmetr olan tövlə yanıb. Yanğın zamanı ev sahibinə məxsus 5 baş iribuynuzlu heyvanı, toyuq-cücə və 200 ot bağlaması yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar və Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Havanın küləkli olmasına baxmayaraq yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək