Ucarda ağır qəza: mikroavtobusla TIR toqquşdu
Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Cini kəndindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini, 1959-cu il təvəllüdlü Şəmistan Aqil oğlu İsayevin idarə etdiyi "Mercedes sprinter" markalı mikroavtobusla Abşeron rayon sakini, 1957-ci il təvəllüdlü Asif Balağa oğlu Hüseynovun idarə etdiyi TIR toqquşub. Nəticədə, 1 nəfər hadisə yerində ölüb, 6 nəfər xəsarət alıb.
1984-cü il təvəllüdlü Allahverdi Fizuli oğlu Haqverdiyev, 1972-ci il təvəllüdlü Şirin Pirverdi oğlu Ələkbərov və hələlik kimliyi məlum olmayan daha bir nəfər Ucar Mərkəzi Rayon Xəstəxanasına, 1979-cu il təvəllüdlü Rafiq Vaqif oğlu Qəhrəmanov, 1970-ci il təvəllüdlü Mahirə Hacıyeva və 1963-cü il təvəllüdlü Sevda Məmmədova isə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub