Ucarda ağır qəza: minik və yük maşını toqquşdu
Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
Hadisə bu gün rayonun Elnur Hacıyev küçəsində qeydə alınıb. Ucar rayon sakini, 1998-ci il təvəllüdlü Musa Elxan oğlu Seyidovun idarə etdiyi "VAZ 21012" markalı minik maşını ilə, 1983-cü il təvəllüdlü Asif İbrahimxəlil oğlu Kərimovun idarə etdiyi "QAZ 53" markalı yük maşını toqquşub. Nəticədə "VAZ"ın sürücüsü Musa Seyidov, sərnişinləri - 2001-ci il təvəllüdlü Xədicə Elşad qızı Seyidova, 2020-ci il təvəllüdlü Gülay Vahid qızı Seyidzadə, 2004-cü il təvəllüdlü Mədinə Rafiq qızı Seyidova və 1973-cü il təvəllüdlü Nərgiz Mustafa qızı Sadıqova müxtəlif xəsarətlər alıblar. Zərərçəkənlər Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi