Bakıda taksi 5 yaşlı uşağı vurub öldürdü
Bakıda yol qəzası baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Balaxanı-Binəqədi şosesində qeydə alınıb. Taksi fəaliyyəti ilə məşğul olan Qocayev Tərxan Elşən oğlu idarə etdiyi “Opel Astra” markalı avtomobillə yolun hərəkət istiqamətində qaçmış piyada 5 yaşlı İsmayılova Nurcan Hümbət qızını vurub. Xəsarət alan şəxs hadisə yerində ölüb. Faktla bağlı Sabunçu RPİ-də araşdırılma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu