Ucarda avtomobil vesipedçini vurub
Ucarda avtomobil velosipedçini vuraraq öldürüb. APA TV -nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Ucar rayonunun Məlikballı kənd yolunda baş verib. Rayon sakini, 64 yaşlı Çingiz Həmzə oğlu Niftəliyev idarə etdiyi "VAZ-2106" markalı minik maşını ilə velosipedlə hərəkətdə olan rayonun Məlikballı kənd sakini, 2004-cü il təvəllüdlü Nuru Qüdrət oğlu Əhmədovu vurub. Ağır xəsarət alan N. Əhmədov hadisə yerində ölüb. Məlumata görə, ölən velosipedçi 18 yaşını tamam edib həqiqi hərbi xidmətə gedəcəkmiş və o, ailədə bir bacının yeganə qardaşı olub. Faktla bağlı araşdırma aparılır. Zahid Abışov. Devran Əsgərov.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu