Ucarda qonşular arasında su üstündə mübahisə düşdü, bir nəfər öldü
Ucar sakini qonşusunu qətlə yetirib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Şilyan kəndində baş verib. Kənd sakini, 1960-ci il təvəllüdlü Mövlan Mustafayev qonşusu, 1958-ci il təvəllüdlü Qəzənfər Musayevi bellə vurub. Nəticədə Qəzənfər Musayev hadisə yerində ölüb.
Mövlan Mustafayev hadisəni törətdikdən sonra özü polis əməkdaşlarına zəng edərək hadisə barədə məlumat verib.
İlkin məlumata görə, qonşular arasında mübahisə su üstündə düşüb. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi