Uyuşdurucu vasitədən istifadə edən sürücü və sərnişinlər tutuldu

# 14:47
14 iyul 2022

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs və üzərilərindən narkotik maddə aşkarlanan sərnişinlər saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, paytaxt istiqamətində hərəkətdə olan avtomobilin sürücüsü Ramin Xəlilov nəzarət qaydasında polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Ramin Xəlilovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib. Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin nəqliyyat vasitəsində sərnişin qismində olan Lalə Mirqasımovanın üzərindən ümumi çəkisi 10,366 qram olan heroin, 11,319 qram metamfetamin, C.Hüseynzadənin üzərindən isə ümumi çəkisi 7,62 qram olan qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

 

Ramin Xəlilov barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, C.Hüseynzadə və L.Mirqasımova isə aidiyyəti üzrə Hacıqabul RPŞ-yə təhvil verilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR