Ucarda şüşə qırıntılarından şəhidlər üçün ağac hazırlandı
Ucarda Gənclər evinin binasının giriş hissəsində şüşə qırıntılarından hazırlanan və ağac şəklin əks etdirən baxımlı bir guşə yaradılıb.
Şüşə qırıntılarından hazırlanmış ağacın 23 budağı var. Hər budaqda bir şəhidin şəkli və aşağı hissəsində onun barədə məlumatlar qeyd olunub.
Şəhid ailələri, onların övladlarına, yaxınlarına göstərilən qayğı və diqqətə görə, hər kəsə minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, Ağacın 23 budaqdan ibarət olmasına səbəb isə Ucar rayonundan qeydiyyatda olan 23 igidin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmasıdır.
Zahid Abışov, Devran Əsgərov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu