Ucarın bu kəndində xonçalar toy çadırında satışa çıxarılır - APA TV

# 19:30
5 oktyabr 2022

Ucar rayonunun Məlikballı kəndindəki toy adətləri toy adətləri eşidənlərin, görənlərin marağına səbəb olur.

APA TV-nin yerli bürosunun xəbərinə, bu kənddəki toy adətləri digər rayonlarımızın toy adətlərindən çox fərqlidir.

Kəndin bütün toylarında bəyin yaxınları tərəfindən tutulan xonçalar toy çadırında satışa çıxarılır. Toy çadırına gətirilən xonçalar əvvəlcə bir nəfər tərəfindən qiymətləndirir. Sakinlərin dediyinə görə, xonçanı adətən “toybəyi”lər qiymətləndirir. Qiymətləndirmə bitdikdən sonra kağız parçasına xonçanın sahibinin adı-soyadı və xonçanın qiyməti yazılır. Daha sonra xonça satışa çıxarılır.

Satışa çıxarılan xonçalardan əldə olunan vəsait sonda toy sahibinə təqdim olunur. Xonça tutan hər kəs xonçasının daha baha qiymətə satılması üçün əlindən gələni edir. Belə ki, xonçaya Azərbaycan milli mətbəxindən - plov, dolma daha sonra ət məhsulları, şirniyyat, növbə-növ turşular, meyvələr, spirtli içkilər və sular hətta tütün məmulatı və kibrit qoyanlarda var. Bəzi halda xonçanı qiymətləndirən şəxsə şirinlik edib xonçasına daha baha qiymət qoyulmasını istəyənlərdə olur. Bir sözlə hər bir Məlikballı kənd sakini toyun maraqlı və səliqəli keçməsi üçün bütün vasitələrdən istifadə edirlər.

Onu da qeyd edək ki, Məlikballı kəndindəki bu toy adətinin canlı şahidi olmaq üçün qonşu rayonlardan gələnlərdə olur. Bu adət həmdə toy sahibinə maddi köməklik etməyə xidmət edir. Onu da qeyd edim ki, kənddəki bəzi toylarda 70-ə yaxın xonça satılır. Orta hesabla 50 manata satılan 70 xonçadan 3500 manata yaxın vəsait toplanır.

Zahid Abışov, Devran Əsgərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR