Ukrayna Gürcüstanda hakimiyyət çevrilişinə hazırlaşır?

# 19:52
13 mart 2023

Ukraynanın Gürcüstandakı səfirliyi Baş nazir İrakli Qaribaşvilinin və Gürcüstanın dövlət rəsmilərinin bəyanatlarına cavab verib.

 

APA-nın Tbilisi müxbirinin məlumatına görə, səfirliyin bəyanatında Gürcüstan hökumətinin düşmənlərini lazım olan yerdə axtarmadığı qeyd edilib.

 

Bəyanatda bildirilib ki, son günlərdə Gürcüstan Baş naziri və parlament nümayəndələri Ukrayna ilə bağlı dost olmayan bəyanatlar səsləndiriblər. Vurğulanıb ki, Gürcüstan rəsmilərinin Ukraynanın Gürcüstanda hakimiyyət çevrilişinə hazırlaşması, onu Rusiya ilə müharibəyə cəlb etməyə çalışması, Gürcüstanda vətəndaş müharibəsi başlatmaq üçün qüvvələr göndərməsinə dair bəyanatları Rusiya təbliğatının demək olar ki, təkrarıdır.

 

“Biz reallıqla heç bir əlaqəsi olmayan bu cür eyhamları qəti şəkildə rədd edirik. Gürcüstan hökuməti düşmənini lazım olan yerdə axtarmır. Biz əminik ki, Gürcüstan siyasətçilərinin bəyanatları Ukrayna və Gürcüstan xalqlarının yaxın dostluq əlaqələrini zədələyə bilməz”, - deyə bəyanatda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR