Ukrayna ilə danışıqlarda irəliləyiş var? – Putin açıqladı
Putin Ukrayna ilə danışıqlarda müsbət irəliləyişlərin olduğunu bildirib
Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşüb.
APA TV-nin Moskva müxbiri xəbər verir ki, Putin-Lukaşenko danışıqları Kremldə keçirilib.
Rusiya Prezidenti çıxışında Ukrayna ilə danışıqlarda müsbət irəliləyiş əldə edildiyini bildirib.
“Mən sizə Ukrayna istiqamətində vəziyyət və ilk növbədə, indi demək olar ki, hər gün aparılan danışıqların necə getdiyi barədə mütləq məlumat verəcəyəm. Müəyyən müsbət irəliləyişlər var, bizim tərəfimizdən danışıqlar aparan tərəflər mənə məlumat verdi. Bütün bunlar barədə sizə daha ətraflı məlumat verəcəyəm”, - deyə Putin qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi