Ukrayna kəşfiyyatı: Əsas hədəfimiz Putindir!
“Ukrayna kəşfiyyatının əsas hədəfləri siyahısında Rusiya Prezidenti Vladimir Putin birinci yerdədir”.
Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski deyib.
"Bizim əsas vəzifəmiz xalqımıza hücum əmri verən komandiri məhv etməkdir”, - o bildirib.
Skibitski qeyd edib ki, Ukrayna ordusu Krım körpüsünü partlatmaq niyyətində deyil:
“Bu körpü ruslara qurtuluş yolu üçün saxlanılır ki, onlar geri çəkilsin”.
Eyni zamanda o, Mariupol limanının məhv edilməsi planları barədə xəbərdarlıq edərək, onu əsas logistika məntəqələrindən biri adlandırıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu