Ukrayna Ordusu Rusiyanın 6 hərbi təyyarəsini məhv etdi

# 15:40
24 fevral 2022

Ukrayna Sərhəd Xidməti 3 hərbçisinin ölümünü, yaralıların olduğunu açıqlayıb.

 

APA TV Xidmətin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Xerson vilayətində qeydə alınıb.

 

Hazırda vilayətin Kopani və İvanovo kəndləri istiqamətində döyüşlərin getdiyi vurğulanıb.

 

Ukrayna Quru Qoşunlarının mətbuat xidməti isə Facebook-da Rusiyanın 6 hərbi təyyarəsinin məhv edildiyini açıqlayıb. Hadisənin Kramatorsk şəhəri istiqamətində baş verdiyi qeyd olunub.

 

Yeri gəlmişkən qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə hərbçilərinin Ukraynaya müdaxilədə iştirak etmədiyini söyləyib. Bu barədə BelTA agentliyi məlumat yayıb.

 

“Belarus Rusiya Ordusunun Ukraynada keçirdiyi əməliyyatda iştirak etmir”, - deyə Lukaşenko deyib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR