Ukrayna Prezidenti yol qəzasına düşdü
Ukrayna Prezidenti Vladimir Zelenskinin maşın karvanı yol qəzasına düşüb.
APA TV UNİAN-a istinadən xəbər verir ki, qəza gecə saatlarında baş verib.
Zelenskinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, dövlət başçısının kortejindəki maşınlardan biri Kiyevdə minik avtomobili ilə toqquşub.
Zelenskini müşayiət edən tibbi personal minik avtomobilinin sürücüsünə ilkin yardım göstərib.
Ukrayna lideri də müayinə olunub, onun ciddi xəsarət almadığı məlum olub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu