Ukrayna Rusiyanın itkilərini açıqladı
Ukrayna Rusiyanın itkilərini açıqlayıb.
APA TV xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya 24 fevraldan indiyədək 19 min hərbçisini itirib.
Bundan başqa, 333 artilleriya sistemi və 700 tank, 1891 ədəd zirehli döyüş maşını, 108 raket sistemi, 55 hava hücumundan müdafiə vasitələri, 150 təyyarə, 135 helikopter, 1361 avtomobil avadanlığı, 7 gəmi, 76 yanacaq çənləri məhv edilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu