Biçin mövsümündən sonra taxıl sahələrini yandırmayın! - XƏBƏRDARLIQ
Gəncədə təbiət ərazilərində yanğın təhlükəsizliyi ilə bağlı sahibkar və fermerlərin iştirakı ilə regional müşavirə keçirilib.
APA TV-nın yerli bürosunun xəbərinə görə, görüşdə insan ehtiyatsızlığı və digər səbəblərdən yaranan meşə yanğınları və onların qarşısının alınması istiqamətində maarifləndirici məlumatlar verilib. Çıxış edən şəxslər bildiriblər ki, qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın təhlükəsi daha da artır. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev yanğınların baş verməməsi üçün görüləcək tədbirlər haqqında çıxış edib. Nazir müavini fermer və sahibkarlara biçin mövsümündə diqqətli olmalarını, təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini və taxıl sahələrini yandırmamalarını tövsiyə edib.
Etibar Mirzəyev həmçinin yanğın hallarının baş verməməsi üçün maarifləndirmə işlərinin ölkənin müxtəlif bölgələrində davam etdirildiyini də vurğulayıb.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu