Ukrayna Rusiyanın itkilərini açıqladı / Rusiya-Ukrayna savaşı

# 12:03
5 mart 2022

Ukrayna müharibə başlayandan Rusiyanın 39 təyyarə və 40 helikopterini məhv edib.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, Rusiya ordusu ötən gün 3 “Su-25” hərbi təyyarəsini itirib. Onların 2-si Çerniqov, 1-i isə Volnovaxa yaxınlığında vurulub.

 

Ukrayna Hərbi Hava Qüvvələri komandanlığı bildirib ki, müharibədən ötən 9 gün ərzində Ukrayna hava hücumundan müdafiə qüvvələri düşmənin ən azı 39 təyyarəsi və 40 helikopterini məhv edib. Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

 

Həmçinin bildirilib ki, martın 4-də Rusiya ordusunun 3 helikopteri də məhv edilib.

 

Bundan əlavə, iddia edilir ki, müharibə başlamazdan əvvəl Rusiyanın Ukrayna sərhədlərinə yığdığı aviasiya qrupunun tərkibində 700-dən çox texnika olub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR