Boşanmağın müsbət tərəfləri – ARAŞDIRMA

# 16:07
20 iyul 2023

 

Azərbaycanda boşanmaların sayı artıb. Ədliyyə Nazirliyindən verilən məlumata görə cari ilin 5 ayında nikahların sayı azalıb, boşanmaların sayında isə artım var. Yəni, 19381 nikah və 9040 boşanma halı qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,6-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb. Boşanmadan söhbət düşəndə bizim camaatın mövqeyi adətən birmənalı olur. Ailə dəyərləri əldən getdi, indiki gənclər çox korlanıb... Bəli, elə biz də kameranı ailələrin bədbəxtlikləri fonuna yönəldib boşanmanın üstün tərəflərinə diqqət çəkmək istəyirik. Tez-tez mənasız səbəblərdən qadınların öldürülməsi, ciddi zorakılığa məruz qalması ilə bağlı xəbərlərə rast gəlirik. Bundan başqa ailə problemləri səbəbindən kişiLƏR ARASINDA DA ÖZÜNƏQƏSD HADİSƏLƏRİ YAŞANMAQDADIR. Ailədəki dava-dalaş uşaqların travma alması ilə də nəticələnir. Belə hallar çoxaldıqca insan fikirləşir ki, bu insanlar vaxtında boşansaydılar, vəziyyət bu həddə çatmazdı. Belə evliliklər fayda yox, çox ciddi zərər verir. Cəmiyyətimizdə ayrılan qadınlara yanaşma birmənalı deyil. Onlar da el qınağına görə evliliyi davam etdirir. Uşağa görə boşanmaq istəməyən valideynlər də var. Psixoloq isə deyir ki, əslində cütlüklər elə məhz uşağa görə boşanmalıdırlar. Çünki durmadan və qarşılıqsız özünü fəda edən şəxs, qarşısındakı insanın bunu QİYMƏTLƏNDİRMƏDİYİNİ görəndə özünü dəyərsiz hiss edir və bu hal depressiyaya, hətta HƏYATINA SON QOYMAĞA gətirib çıxara bilir. Belə ailələrdə böyüyən uşaqlar problemlərə görə özlərini günahlandırırlar. Belə mühitdə böyüyən uşaqlarda ailə qavrayışı natamam olur, onlar özləri də ailə qurduqda eynən valideynləri kimi davranmağa başlayır, yəni gördüklərini götürürlər. Psixoloq deyir ki, bu gün boşana bilməməyin səbəblərindən biri də valideynlərin dəstəyinin olmamağıdır. Sosioloq Sənubər Heydərova isə deyir ki, boşanma kifayət qədər mədəni hadisədir. Onun fikrincə, zorakılığa məruz qalan qadınların hekayələrini dinləsək, onların nədən ehtiyatlandığını görərik. Maliyyə asıllığı, uşaqların əlindən alınma hədəsi boşanmaq istəyən qadının qarşısını alır. Boşanmadan daha çox qadınlar əziyyət çəkir, ancaq kişilərin də haqqına girməyək. Bəlkə fiziki yox, psixoloji şiddətə məruz qalan kişilər də az deyil. Boşanmaq ailənin dağılması demək deyil, ailə ola bilməməkdi. Zorakılıq və hörmətsizlik varsa, insanlar boşanmanı normal hesab edir. (-ata gedir orda burda artiq eksik hereketler... - boşanma o halda olarki qadına əziyyət verirlərsə qadın boşanmalıdır.) Psixoloq Aygül Məlikov deyir ki, cütlüklər düşmən kimi boşanır və ayrılandan sonra hər kəs özünü haqlı göstərmək üçün bir-birinə şər atmağa başlayır. Ancaq onlar başa düşməlidir ki, bir evlilik bitirsə, bunun günahkarı hər iki tərəfdir. Tərəflər boşanandan sonra uşaqlarla bağlı manipulyasiya cəhdləri də artır. Halbuki uşaq beyninin buna necə reaksiya verəcəyindən xəbərsizdirlər. Uşaqlarını fikirləşmədən, hərə öz dırnaqarası həqiqətlərini guya uşaqlarının yaxşılıqları kimi yeridirlər. Daha bir vacib məqam ondan ibarətdir ki, bəzən boşanandan sonra tərəflər bir-birinə müxtəlif mənəvi və fiziki zərər verir. Belə hallardan qorunmaq üçün qanunvericiliyimizdə müəyyən cəza tədbirləri həyata keçirilir. Belə bir məsəl var: “Evlənmədən qabaq gözlərinizi dörd açın, amma evlənəndən sonra yumun”. Hərçənd hər şeyə göz yummaq da olmur. Ərlə arvad bir-birilə ünsiyyət qura bilmirsə, cinsi həyatları yoxdursa, xəyanət var və hələ də davam edirsə, narkotik aludəçiliyi, zorakılıq varsa, yaxud qarşındakı insan psixoloji xəstədirsə bu zaman boşanmaq ən uyğun çıxış yolu olmalıdır. Bəlkə də ən doğrusu evlənməmişdən qabaq özümüzdən “Bu adamla mədəni şəkildə boşana bilərəmmi?” soruşmaqdır. AYNUR QARA ARİF ƏLİYEV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR