Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı: Rusiya 12 min hərbçi itirib / Rusiya-Ukrayna savaşı
Bu günə olan məlumata görə, Rusiya ordusunun Ukrayna ərazisindəki ümumi döyüş itkiləri təxminən 12 min nəfər təşkil edir.
APA TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, fevralın 24-dən bu günədək Rusiya Federasiyası 303 tank, 1036 zirehli döyüş maşını, 120 artilleriya sistemi, 56 reaktiv yaylım atəş sistemi, 27 hava hücumundan müdafiə sistemi, 48 təyyarə, 80 helikopter, 474 nəqliyyat vasitəsi, 3 gəmi, 60 yanacaq sisterni və 7 əməliyyat-taktiki səviyyəli pilotsuz uçuş aparatı itirib.
“Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi nəticəsində çətinləşir”, - deyə məlumatda qeyd olunub.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)