Ukraynada azərbaycanlı gənci güllələyən kimlərdir? / Rusiya-Ukrayna savaşı
Ukraynanın Krivoy-Roq şəhərində azərbaycanlı gənc güllələnərək öldürülüb.
APA TV xəbər verir ki, 35 yaşlı Eldar Mahmudov şəhərin girişində postdan keçərkən anlaşılmazlıq şəraitində Ukrayna hərbçiləri tərəfindən vurulub. Belə ki, yerli könüllülər kimi Ukrayna döyüşçülərinə ərzaq məhsulları verib geri qayıdarkən postdan sürətlə keçən azərbaycanlı gəncin avtomobili atəşə tutulub. Nəticədə Eldar Mahmudov yerindəcə keçinib. Onu güllələyən 2 Ukrayna hərbçisi dərhal şəhər hərbi prokurorluğunun sanksiyası ilə həbs olunub, cinayət işi qaldırılıb.
Qeyd edək ki, Eldar Mahmudov Ukrayna vətəndaşı olub.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib